"Fənərbağça"dan transfer bombası
"Fənərbağça" yeni ulduz futbolçunu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, "Fənərbağça"nın "Yuventus"un ulduz futbolçusu Vlahoviçu transfer etmək istədiyi irəli sürülür.
“Europa Calcio”nun xəbərinə görə, Joze Mourinyo futbolçunun transferi üçün rəhbərliyə təlimat verib.
Bildirilir ki, Vlahoviçun “Yuvnetus”la müqaviləsi 2027-ci ildə yeklunlaşır.
Buna görə, futbolçunun mövsümün sonunda klubdan ayrıla biləcəyi deyilir.
"Fənərbağça" Vlahoviçun müqaviləsinin yekunlaşmaq üzrə olmasından istifadə edərək, onu transfer etmək istəyir.
Bu səbəbdən İtaliya nəhəngi 25-30 milyon avro aralığında təklifi qəbul edə bilər.
Qeyd edək ki, Joze Mourinyo karyerası ilə bağlı açıqlamasında 2 illik müqaviləsi bitənə qədər "Fənərbağça"da qalacağını bildirmişdi. Portuqaliyalı məşqçi artıq növbəti mövsümün heyətini qurmaq üçün təlimatlar verib.