“Fənərbağça”nın futbolçusu “Atletiko”nun radarındadır

“Fənərbağça”nın 25 yaşlı futbolçusu İsmayıl Yüksek yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Atletiko Madrid” yanvar ayında İsmayıl Yüksek üçün rəsmi təklif göndərəcəyini bildirib.

“Fənərbağça” rəhbərliyi İsmayıl Yüksek üçün 20 milyon avro tələb edib.

Qeyd edək ki, İ.Yüksek “Fənərbağça”da çıxış etdiyi 90 matçda 2 qol və 6 asistlə yadda qalıb.