"Fənərbağça"nın futbolçusu "Feyenoord"un hədəfində
"Fənərbağça"nın icarə əsasında "Berşot"da forma geyinən futbolçusu Omar Fayed Niderland nəhəngi "Feyenord"un maraq dairəsinə düşüb.
Sportline.az xəbər verir ki, rotterdamlıların yay transfer pəncərəsində misirli futbolçunu heyətə qatmaq niyyəti var.
"A Spor"un yaydığı məlumata görə, artıq tərəflər arasında ilkin danışıqlar da olub.
Qeyd edək ki, 21 yaşlı müdafiəçi 2023-2024 mövsümünün əvvəlində Misirin "Mokavlun" klubundan 551 000 avro müqabilində "Fənərbağça"ya transfer edilmişdi.