"Fənərbağça"nın futbolçusu üçün "Brayton"dan rekord təklif

"Fənərbağça"da gələcəyi sual altında olan Ferdi Kadıoğlu ilə bağlı bir iddia ortaya atılıb.

Sportline.az Hürriyet qazetinə istinadla xəbər verir ki, "Brayton" klubu 24 yaşlı futbolçu üçün "sarı-lacivərtlilər"ə 2-ci təklifini göndərib.

Bildirilir ki, İngiltərə klubu məbləği 35 milyon avroya qədər yüksəldib. İngilislərin bundan əvvəlki təklifi 33 milyon avro olmuşdu.

"Fənərbağça"nın türkiyəli futbolçu üçün nə qərar verəcəyi qarşıdakı günlərdə məlum olacaq.

Qeyd edək ki, ötən mövsüm 51 oyuna çıxan Ferdi 3 qol və 5 asistlik performans göstərmişdi.