"Fənərbağça"nın gənc futbolçusu 1-ci liqa klubuna keçib

"Fənərbağça"nın türkiyəli futbolçusu Cağrı Fedai karyerasını "Gənclərbirliyi"ndə davam etdirəcək.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, paytaxt klub 18 yaşlı futbolçunu icarəyə götürüb.Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

"Göztepe" klubunun yetirməsi olan hücumçu 2023-cü ildə "Fənərbağça"ya transfer olunub."Sarı-lacivərtlilər"in U-19 komandası ilə 16 oyuna çıxan Cağrı Fedai 12 qol və 1 asistlə yadda qalıb.

Qeyd edək ki, onun "Fənərbağça" ilə müqaviləsi 2026-cı ilə qədərdir.