"Fənərbağça"nın hücumçusu klubdan ayrılır

"Fənərbağça"nın futbolçusu Cenk Tosun Yaponiyanın "Urava Red Diamonds" komandasına transfer ola bilər.

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, Yaponiya komandası 33 yaşlı futbolçu ilə danışıqlar aparır.

Bu mövsüm "Fənərbağça"nın heyətində 17 oyunda forma geyinən Cenk Tosun 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Yaponiyada transfer pəncərəsi martın 26-da başa çatır. 

Qeyd edək ki, Cenk Tosunun "Fənərbağça" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.