"Fənərbağça"nın oyunçusu karyerasını "Başakşehir"də davam etdirəcək
"Başakşehir" "Fənərbağça"nın portuqaliyalı oyunçusu Miqel Kresponu heyətinə qatmaq istəyir.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Başakşehir" 27 yaşlı futbolçunun transferi üçün "sarı-lacivərtlilər"lə görüşməyə başlayıb.
Klubların razılığa gələcəyi təqdirdə Krespo "Başakşehir"lə müqavilə imzalayacaq.
Ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Rayo Vallekano"da keçirən yarımmüdafiəçi 2023-2024 sezonunda ümumillikdə 33 oyuna çıxıb və 1 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, Kresponun "Fənərbağça" ilə daha 1 il müqaviləsi var.