"Fənərbağça"nın təxmini start heyəti bilindi
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilir.
Sportline.az xəbər verir ki, maraqla gözlənilən oyunlardan birində "Fənərbağça" "Qlazqo Reyncers"i qəbul edəcək.
"Sarı-lacivərtlilər"in baş məşqçisi Joze Mourinyonun bu qarşılaşmada güvənəcəyi təxmini start heyət artıq bəllidir.
Ntvspor.net-in məlumatına görə portuqaliyalı mütəxəssis görüşə İrfan Can Eğribayat, Çağlar Söyüncü, Skrinyar, Yusuf Akçiçek, Amrabat, Şmanski, Mert Müldür, Kostic, Tadic, Ceko, En-Nesiridən ibarət heyətlə başlayacaq.
Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.