"Fənərbağça"nın ulduzuna elçi düşüblər
"Fənərbağça"nın futbolçusu İrfan Can Kahveci komandadan ayrıla bilər.
Sportline.az xəbər verir ki, ulduz futbolçu qitə klublarının diqqət mərkəzinə düşüb.
"L'Equipe" nəşrinin yaydığı xəbərə görə, "Monako" və "Latsio" onun xidmətində maraqlıdır.
Qeyd edək ki, son mövsümdə meydana çıxdığı 46 oyunda 18 qol vuran İrfan Can Kahveci 12 məhsuldar ötürməyə də imza atıb.