"Fənərbağça" - Aykut Kocaman münasibətlərinə aydınlıq gətirilməkdədir
"Fənərbağça" mövsümün sonunda klubdan ayrılacaq Dik Advokata əvəzləyici axtarışındadır. Sportline.az xəbər verir ki, boş qalacaq yerə ən real namizəd Aykut Kocamandır. Klub rəhbərliyi bu məsələdə susqunluq nümayiş etdirsə də, sarı-lacivərdli camiədə artıq "Fənər"in əfsanəsinin geri dönüşünə hazırlıq gedir. Sabah qəzetinin yazdığına görə, Aykut Kocaman iyun ayında komandanın sükanı arxasına keçəcək. Xatırladaq ki, futbolçu kimi 1988-1996-cı illərdə "Fənərbağça"nın şərəfini qoruyan Kocaman, 2010-2013-cü illərdə komandanın baş məşqçisi olub.