''Fənərbağça''nın yeni hədəfi
''Fənərbağça'' heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportline.az Fanatik.com.tr-ə istinadla xəbər verir ki, İstanbul klubu müdafiəçi Mario Hermoso ilə maraqlanır.
Maurinyonun sərəncamında görmək istədiyi futbolçu üçün ''Fənərbağça'' Madrid ''Atletiko"sunun qapısını döyəcək.
Qeyd edək ki, ötən mövsümü "Atletiko"nun heyətində keçirən Mario 45 oyunda 2 qol, 2 asist müəllifi olub.