"Fənərbağça"nın yeni hədəfi "Fluminense"nin futbolçusudur
Yeni mövsümdə çempionluğu hədəfləyən "Fənərbağça" heyətini yarımmüdafiəçi ilə gücləndirmək istəyir.
Sportline.az Ajannspor.com-a istinadla xəbər verir ki, Türkiyə klubu "Fluminense"də forma geyinən braziliyalı oyunçu Andrenin transferi üçün çalışmalara başlayıb.
Klubun idman direktoru Mario Branko futbolçunun meneceri arasında ilk görüş müsbət nəticələnib.
Qeyd edək ki, ötən mövsüm Brazilya klubu ilə 24 oyuna çıxan Andre bu görüşlərdə 1 asistə imza atıb.26 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.