“Fənərbağça”nın yeni hücumçu namizədi

"Fənərbağça” “Atletiko Madrid”in futbolçusu Aleksandr Sörlotu transfer etmək üçün hərəkətə keçib. 

Sportline.az xəbər verir ki, Türkiyə nəhəngi növbəti transfer pəncərəsi dövründə futbolçunu transfer etmək istəyir.

Bu haqda "Türkiye Gazetesi" məlumat yayıb.

Bildirilir ki, “Fənərbağça” Yusif En-Nesirinin oyununda razı deyil və o klubdan göndəriləcək.