"Fənərbağça"nın yeni transferinin gizli getdiyi məkan bilindi

"Fənərbağça"nın yeni transferi Anderson Talişka sosial mediada yayılan görüntülərlə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, onun üzünü göstərməmək üçün xüsusi qiyafədə bir məkana gedərkən çəkilən videolar izləyicilərin marağına səbəb olmuşdu. 

Talişkanın hansı məkana getdiyi ilə bağlı müxtəlif versiyalar səslənirdi.

Məsələyə futbolçunun özü aydınlıq gətirib. O, sosial şəbəkə hesablarındakı paylaşımında, məqsədinin əslində Türkiyənin məşhur xörəklərindən sayılan "kuru fasulye" və plov yemək olduğunu bildirib.