"Fənərbaxça" 1/4 final, "Tottenhem" möcüzə arzusunda
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, bütün oyunlar eyni gündə olacaq.
Yerli futbolsevərlərin diqqəti Portuqaliyaya yönələcək. İlk matçda minimal hesablı qələbə qazanan "Fənərbaxça" "Braqa" səfərində üstünlüyünü qorumağa çalışacaq.
Dortmundda darmadağınla üzləşən "Tottenhem"in "Borussiya" ilə "Uayt Hart Leyn"də hansı nəticəyə imza atacağı da maraqla gözlənilir.
Yarışın son qalibi "Sevilya" isə "Bazel"i sınağa çəkəcək.
Gecənin tam afişası belədir:
22:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Vilyareal" (İspaniya)
İlk oyun - 0:2
22:00. "Latsio" (İtaliya) - "Sparta" (Çexiya)
İlk oyun - 1:1
22:00. "Valensiya" (İspaniya) - "Atletik" (Bilbao, İspaniya)
İlk oyun - 0:1
00:05. "Anderlext" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna)
İlk oyun - 1:3
00:05. "Braqa" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə)
İlk oyu - 0:1
00:05. "Mançester Yunayted" (İngiltərə) - "Liverpul" (İngiltərə)
İlk oyun - 0:2
00:05. "Sevilya" (İspaniya) - "Bazel" (İsveçrə)
İlk oyun - 0:0
00:05. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 0:3