"Fənərbaxça" autsayderə aman vermədi

Türkiyə Super Liqasında 29-cu turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, ötən gün turun daha dörd oyunu keçirilib.

Çempionluq uğrunda yarışan "Fənərbaxça" autsayder "Mersin İdman Yurdu"nu qəbul edib. Görüş, gözlənildiyi kimi, İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

17 aprel 2016
Super Liqa, 29-cu tur


"Fənərbaxça" - "Mersin" - 4:1
QOLLAR:
Volkan Şen, 7; 9 (2:0); Güven Varol, 45 (2:1); Fernandao, 57 (3:1); Robin van Persi, 63/p. (4:1)