"Fənərbaxça", "Borussiya" və "Liverpul" qalib gəldi
UEFA Avropa Liqasında 1/8 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib.
Türkiyə təmsilçisi "Fənərbaxça" "Braqa" ilə görüşdə minimal hesablı qələbə qazanıb.
Favoritlərdən "Borussiya" (Dortmund) isə "Tottenhem"ə aman verməyib.
Maraqla gözlənilən "Liverpul" - "Mançester Yunayted" duelində isə "mersisaydlılar" qalib gəlib.
10 mart 2016
Avropa Liqası, 1/8 final
“Bazel” (İsveçrə) – “Sevilya” (İspaniya) - 0:0
Baş hakim: Antoni Teylor (İngiltərə)
“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:0
Qollar: Obameyanq, 30, Roys, 62, 70
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
“Fənərbaxça” (Türkiyə) – “Braqa” (Portuqaliya) - 1:0
Qol: Mehmet Topal, 83
Baş hakim: Klemen Turpin (Fransa)
“Şaxtyor” (Ukrayna) – “Anderlext” (Belçika) - 3:1
Qollar: Tayson, 21, Kuçer, 24, Alves, 79 - Aşemponq, 68
Baş hakim: Artur Dias (Portuqaliya)
“Atletik” (İspaniya) – “Valensiya” (İspaniya) - 1:0
Qol: Qarsia, 20
Baş hakim: Byörn Kuypers (Hollandiya)
“Liverpul” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə) - 2:0
Qollar: Staric, 20, Firimino, 74
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
“Sparta” (Çexiya) – “Latsio” (İtaliya) - 1:1
Qollar: Fridek, 13 - Parolo, 38
Baş hakim: Alberto Undiano Malyenka (İspaniya)
“Vilyareal” (İspaniya) – “Bayer” (Almaniya) - 2:0
Qollar: Bakambu, 4, 56
Baş hakim: Canluka Rokki (İtaliya)