"Fənərbaxça" "Braqa"ya, "Liverpul", "Mançester Yunayted"ə qarşı
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.
Türkiyənin yarışdakı yeganə təmsilçisi "Fənərbaxça" İstanbulda "Braqa" ilə qarşılaşacaq. Cari mövsüm inamlı çıxışla diqqət çəkən "sarı bülbüllər" 1/4 finala yüksəlmək əzmindədir.
Gecənin maraqlı oyunlarından biri İngiltərə olacaq. "Liverpul" "Enfild Roud"da "Mançester Yunayted"i qəbul edəcək. "Borussiya" (Dortmund) - "Tottenhem" qarşılaşması da gərgin mübarizə vəd edir.
10 mart 2016
Avropa Liqası, 1/8 final
22:00.Şaxtyor" (Donetsk, Ukrayna) - "Anderlext" (Belçika)
22:00."Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya)
22:00."Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)
22:00."Fənərbaxça" (Türkiyə) - "Braqa" (Portuqaliya)
00:05."Vilyareal" (İspaniya) - "Bayer" (Leverkuzen) (Almaniya)
00:05."Atletik" (Bilbao, İspaniya) - "Valensiya" (İspaniya)
00:05."Liverpul" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)
00:05."Sparta" (Çexiya) - "Latsio" (İtaliya)