"Fənərbaxça"da yarpaq tökümü davam edir
Komandanın daha bir ulduzu da sarı-lacivərdliləri tərk etməyə hazırlaşır. SportLine.az xəbər verir ki, söhbət “Fənərbaxça”nın hollandiyalı hücumçusu Robin Van Persidən gedir. Klub rəhbərliyi onunla da yollarını ayırmağa hazırdır. İstanbullular Van Persi üçün təkliflərə açıq olduqlarını bildiriblər. Xatırladaq ki, bugünədək komandanın aparıcı futbolçularından Bruno Alveş “Kalyari”yə, Caner Erkin “İnter”ə, Nani “Valensiya”ya tranfer olunub. Sözügedən futbolçularla yanaşı Mehmet Topuzla Raul Meyreleşin də klubdan ayrılacağı bildirilir.