Fərhad Vəliyev rəsmən "Sumqayıt"da

"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün ilk transferini reallaşdırıb. SportLine.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.  Sumqayıt futbol məktəbinin yetirməsi"Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb.

Karyerası ərzində "Qarabağ"dan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi" və "İnter"in formalarını geyinmiş Vəliyev 2006-cı ildən bəri 32 dəfə Azərbaycan millisində meydana çıxıb.

Qeyd edək ki, Fərhad karyerası ərzində "Neftçi" (2003/2004) və "Qarabağ"la (2013/2014, 2014/2015, 2015/2016) ümumilikdə 4 dəfə Azərbaycan çempionu olub. O, həmçinin 5 dəfə də Azərbaycan kubokunu başı üzərinə qaldırıb ("Neftçi" 2001/2002, 2003/2004 / "Qarabağ" 2008/2009, 2014/2015, 2015/2016).

Banner