Fərid Qayıbov Avropa çempionatından qayıdan boksçularla görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay boks üzrə gənclər arasında Avropa birinciliyində çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, gənc boksçuları salamlayan nazir onların qitə çempionatında iştirak etdikləri döyüşlərlə maraqlanıb. Məşqçilər nazirə yığma komanda üzvlərinin hazırlığı və nəticələri barədə məlumat veriblər.
Qeyd edək ki, Azərbaycan boksçuları 13 - 22 apreldə Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş qitə birinciliyində iki medal qazanıb. 48 kq çəkidə Kənan Babayev qızıl, 51 kq çəkidə Amin Məmmədzadə isə bürünc medala sahib olub.