Fernandeşin sərbəst qalma məbləği açıqlandı
"Mançester Yunayted"in kapitanı Bruno Fernandeşin sərbəst qalma məbləği 57 milyon avrodur.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi yayda klubdan ayrıla bilər.
Qeyd edək ki, B.Fernandeş cari mövsüm meydana çıxdığı 29 matçda 7 qol, 17 asistlə yadda qalıb.