Fernandeşin sərbəst qalma məbləği bəlli olub
"Mançester Yunayted" Bruno Fernandeşin sərbəst qalma məbləğini açıqlayıb.
Sportline.az xəbər verir ki, portuqaliya futbolçunun transfer qiyməti 57 milyon avrodur.
Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, B.Fernandeş cari mövsüm meydana çıxdığı 29 matçda 7 qol, 17 asistlə yadda qalıb.