Fernandu Santuş: "Qırmızı vərəqə oyunun qırılma nöqtəsi oldu"
Milli komandamız UEFA Millətlər Liqasında 4-cü turun oyununda Slovakiya seçməsi ilə qarşılaşıb.
Sportline.az xəbər verir ki, Bakıda keçirilən görüş qonaqların 3-1 hesablı qələbəsi ilə nəticələnib.
Millinin baş məşqçisi Fernandu Santuş oyundan dərhal sonra CBC Sport televiziyasına verdiyi açıqlamada məğlubiyyətin səbəbini belə izah edib: "Oyuna yaxşı başlamışdıq. İlk hissədə üstün tərəf də biz idik. Qırmızı vərəqə oyunun qırılma nöqtəsi oldu. Təəssüf ki, bu cür oyunlarda belə hallar həlledici olur".
Qeyd edək ki, hesab 1-1 olarkən, Mahir Emreli 70-ci dəqiqədə aldığı ikinci sarı vərəqə ilə komandamızı azlıqda qoyub.