Fevral ayının ən yaxşı baş məşqçisi seçilib
Xosep Qvardiola fevralın ən yaxşı baş məşqçisi seçilib.
Sportline.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada fevral ayının ən yaxşı çalışdırıcısı adına layiq görülüb.
İspan mütəxəssis rəhbərliyi altında “şəhərlilər” ötən ay 5 matç keçirib, bunlardan 4-də qələbə qazanıb, 1-də isə heç-heçə edib.
Belə ki, “Mançester Siti” əvvəlcə “Tottenhem”lə 2:2 hesabı ilə bərabərə qalıb, daha sonra “Liverpul”u 2:1, “Fulhem”i 3:0, “Nyukasl”ı 2:1 və “Lids Yunayted”i 1:0 hesabı ilə məğlub edib.