“Feyenoord” “Braqa” ilə oyuna itkilərlə çıxacaq

UEFA Avropa Liqasının Liqa mərhələsində yeni mövsümə bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, “Braqa” öz meydanında “Feyenoord”la münasibətlərini aydınlaşdıracaq.

Heyətlərə nəzər saldıqda Portuqaliya təmsilçisində yeganə itki Jonatas Noronun adı ilə bağlıdır. 

“Feyenoord”da isə itkilərin sayı çoxdur. Yakub Moder, Gernot Trauner, Cordan Lotomba, Tomas Beelen, İn Boom Hvanq, Silo Zand zədə, Anel Ahmedoviç isə cəza səbəbindən komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, “Braqa” – “Feyenoord” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Görüşün söz sahibi monteneqrolu hakim Nikola Dabanoviç olacaq.