"Feyenoord"u Almaniya nəhənginə dəyişə bilər
"Feyenoord"un niderlandlı futbolçusu Kuinten Timber karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Borussiya Dortmund" 24 yaşlı yarımmüdafiəçini transfer etməyə cəhd göstərir.
K.Timberin transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 14 matçda 2 qol, 1 asistlə yadda qalıb.