FİFA-dan 6 oyunluq cəza

FİFA Meksika seçməsinin baş məşqçisi - Xuan Karlos Osorionu cəzalandırıb. SportLine.az xəbər verir ki, buna mütəxəssisin Konfederasiyalar Kubokunda Portuqaliyaya qarşı keçirilən oyunda (1:2) hakimləri təhqir etməsi səbəb olub.

Ali futbol qurumunun qərarına əsasən, Osorio 6 oyunluq cəzalanıb. Bundan başqa o, 5 min İsveçrə frankı həcmində cərimə ödəyəcək. 

Xatırladaq ki, Portuqaliya - Meksika görüşünün (2:1) baş hakimi Səudiyyə Ərəbistanını təmsil edən Fahad Al-Mirdasi olub.