FİFA "ilin ən yaxşısı" adına namizədlərin adlarını açıqladı

FİFA müxtəlif nominasiyalarda "ilin ən yaxşısı" adına namizədlərin adlarını açıqlayıb. SportLine.az sizi namizədlərlə tanış edir:

İlin ən yaxşı futbolçusu adına namizədlər: Kriştianu Ronaldu ("Real", Portuqaliya), Lionel Messi ("Barselona", Argentina) və Neymar (PSJ, Braziliya);

İlin ən yaxşı qapıçısı adına namizədlər: Canluici Buffon (İtaliya, "Yuventus"), Keylor Navas (Kosta Rika, "Real") və Manuel Noyer (Almaniya, "Bavariya");

İlin ən yaxşı baş məşqçisi: Massimiliano Alleqri ("Yuventus"), Antonio Konte ("Çelsi") və Zinəddin Zidan ("Real").

Qeyd edək ki, qaliblər oktyabrın 23-də Londonda mükafatlandırılacaq.