FIFA prezidentinə qarşı araşdırma başladı
FİFA-nın etika komitəsi qurumun rəhbəri Canni İnfantino ilə bağlı araşdırmaya başlayıb. SportLine.az xəbər verir ki, FİFA prezidenti vəsaitin məqsədsiz istifadəsində günahlandırılır. 26 may 2016-cı il tarixində, Çempionlar Liqasının finalından sonra, İnfantino, anası və həyat yoldaşı şəxsi reys vasitəsi ilə, Milandan Romaya, ardınca Cenevrəyə yollanıb. Yol xərcini kimin ödədiyi məlum deyil. Şaiyələrə görə, bu işdə hansısa rus oliqarxın rolu var. Bu isə, FİFA-nın etik qaydalarına uyğun gəlmir. Həmin qaydalara görə, rəsmi şəxslər yalnız simvolik hədiyyələr qəbul edə bilər. Maraqlıdır ki, İnfantinonun bu ilin aprelində Moskva və Dohaya səfərləri də analoji hala görə şübhə altına alınıb.