FİFA Rusiya futbolunun rəhbərini şuraya buraxmadı
Rusiya Futbol İttifaqının rəhbəri Vitali Mitko artıq FİFA-nın tələblərinə cavab vermir. Sportline.az xəbər verir ki, o. qurumun şurasının üzvlüyünə namizədlərin yoxlamasından keçə bilməyib. Rusiya mətbuatının yaydığı xəbərə görə, 2009-cu ildən ali futbol qurumunun icraiyyə komitəsinin üzvü olan rusiyalı funksioner bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək. Xatırladaq ki, UEFA-nın aprelin 5-dəki konqresində FİFA-nın şurasına seçkilər olacaq.