FİFA tərəfindən transfer qadağasına məruz qalıblar
Türkiyənin "Kayserispor" və "Amedspor" komandaları FİFA tərəfindən transfer qadağasına məruz qalıb.
Sportline.az xəbər verir ki, bu barədə FİFA müvafiq qərar qəbul edib.
Bildirilib ki, "Kayserispor" növbəti 3 transfer dönəmində yeni futbolçuların qeydiyyatını həyata keçirə bilməyəcək.
"Amedspor"a isə qeyri-müəyyən müddətli cəza tətbiq olunub.