Fil Foden "Mançester Siti"də qalacaq

"Mançester Siti" ingiltərəli futbolçusu Fil Fodenlə yola davam etmək qərarına gəlib.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, İngiltərə klubu 25 yaşlı oyunçuya yeni müqavilə təklif edib.

Foden "Mançester Siti"də qalmaq istəyir. Bu səbəbdən təklifi qəbul edəcək.

Qeyd edək ki, sözü gedən futbolçunun klubla hazır ki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.