Finala buraxılacaq azarkeş sayı bilindi
Amerika kubokunun Argentina və Braziliya milliləri arasında iyulun 11-də keçiriləcək final matçına məhdud sayda azarkeş buraxılacaq.
Sportline.az xəbər verir ki, bu barədə “Globo Esporte” nəşri mətbuatı məlumat yayıb. Braziliyada yerləşən “Marakana” stadionunda keçiriləcək final oyununa 7,800 azarkeş buraxılacaq.
“Marakana”nın tutumu 78 min nəfərdir. Ancaq koronavirus pandemiyasına görə oyuna stadionun tutumunun 10 faizi qədər azarkeş buraxılacaq.
Qeyd edək ki, iyulun 11-də keçiriləcək Argentina – Braziliya matçı saat 04:00-da başlanacaq.