"Fiorentina" ispaniyalı qapıçıya yeni müqavilə təklif edib

"Fiorentina" ispaniyalı qapıçısı David De Xeya ilə yola davam edəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İtaliya klubu De Xeyaya 1 illik yeni müqavilə təklif edib.

34 yaşlı futbolçunun hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, De Xeya bu mövsüm 31 rəsmi matçda iştirak edib və qapısında 34 top görüb.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 5 milyon avro olaraq qiymətləndirilir.