Növbəti faciə: "Flamenqo"nun 10 futbolçusu həyatını itirdi
Futbol dünyasında növbəti faciə yaşanıb. SportLine.az xəbər verir ki, Braziliyanın "Flamenqo" klubunun bazasında yanğın baş verib.
"BBC"nin məlumatına görə, hadisə Rio-de-Janeyroda yerləşən bazada yaşanıb.
Nəticədə, yeniyetmələrdən ibarət komandanın 10 futbolçusu həyatını itirib. Üç nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.