Florian Virtsin xəyalı o kluba transfer olmaqdır
"Bayer"in almaniyalı futbolçusu Florian Virts karyerasını "Real Madrid"də davam etdirmək istəyir.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu mövsümün sonunda Virts üçün "Bayer"ə rəsmi təklif göndərəcək.
21 yaşlı yarımmüdafiəçinin Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Virts bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 15 qol və 13 asistlə yadda qalıb.