Fransa millisinin heyəti açıqlanıb

Fransa yığmasının DÇ-2026-nın seçmə oyunlarında Azərbaycan və İslandiya ilə qarşılaşacağı matçlar üçün heyət açıqlanıb.

Sportline.az xəbər verir ki, baş məşqçi Didye Deşam komandaya 23 oyunçu çağırıb. Futbolçular oktyabrın 6-da toplanacaqlar.

Qapıçılar: Luka Şevalve (PSJ), Mayk Menyan ("Milan", İtaliya), Bris Samba ("Renn");

Müdafiəçilər: Luka Din ("Aston Villa", İngiltərə), Malo Qyusto ("Çelsi", İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes ("Əl-Hilal", Səudiyyə Ərəbistanı), İbrahima Konate ("Liverpul", İngiltərə), Jül Kunde ("Barselona", İspaniya), Vilyam Saliba ("Arsenal", İngiltərə), Dayo Upamekano ("Bavariya", Almaniya);

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa ("Real", İspaniya), Manu Kone ("Roma", İtaliya), Maykl Olise ("Bavariya", Almaniya), Adrien Rabyo ("Milan", İtaliya), Kefren Türam ("Yuventus", İtaliya);

Hücumçular: Manes Akliuş ("Monako"), Bradli Barkola (PSJ), Kinqsli Koman ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı), Uqo Ekitike ("Liverpul", İngiltərə), Jan-Filipp Mateta ("Kristal Pelas", İngiltərə), Kilian Mbappe ("Real", İspaniya), Kristofer Nkunku ("Milan", İtaliya).

Xatırlatma: Fransa milli komandası oktyabrın 10-da Parisdə Azərbaycanla qarşılaşacaq, 3 gün sonra isə Reykyavikdə İslandiya ilə üz-üzə gələcək.