Fransa – Ukrayna: Heyətlərdəki son durum
2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, D qrupunda qərarlaşan Fransa millisi Ukrayna ilə üz-üzə gələcək. c
Heyətlərə nəzər saldıqda Fransa millisində əsas itki Randal Kolo Muani və Orelyan Çuameninin adı ilə bağlıdır. Eduardo Kamavinqa və Jul Kundenin durumuna oyun saatlarında aydınlıq gələcək.
Ukrayna seçməsində isə Arseniy Batahov, Artem Dobvik və Volodimir Brazko baş məşqçi Sergiy Rebrovun sərəncamında olmayacaq.
Qeyd edək ki, Fransa – Ukrayna matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.