“Frayburq” Almaniyada “Bazel”lə qarşılaşacaq

UEFA Avropa Liqasının Liqa mərhələsində yeni mövsümə bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, “Fraqburq” öz meydanında “Bazel”lə qarşılaşacaq.

Almaniya klubunda Çukvubuike Adamu və Daniel Kofi Kyoreh baş məşqçi Yuliyan Şusterin sərəncamında olmayacaq.

“Bazel”də isə Benie Traore və Finn van Breemen zədədən əziyyət çəkir.

Qeyd edək ki, “Frayburq” – “Bazel” oyunun start fiti 23:00-da səslənəcək.

Görüşü portuqaliyalı hakim Luis Migel Branko Qodinyo idarə edəcək.