Fred ''Fənərbağça''dan ayrılır
''Fənərbağça''nın braziliyalı yarımmüdafiəçisi Fred yayda klubdan ayrılmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, futbolçu karyerasını ölkəsində davam etdirəcək.
32 yaşlı sambaçı ''Atletiko Mineiro'' ilə anlaşıb
Fredin yerini doldurmağa çalışan ''Fənərbağça'' ''Bayer Leverkusen''dən Aleks Qarsiya ilə maraqlanır.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi bu mövsüm 37 matçda 4 qol 3 məhsuldar ötürmə ilə yadda qalıb.