"Fulhem" "Mançester Yunayted"dən 40 milyon avro tələb edir

"Mançester Yunayted" "Fulhem"in amerikalı müdafiəçisi Antonee Robinsonu transfer etmək istəyir.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Fulhem"in rəhbərliyi Robinson üçün "Mançester Yunayted"dən 40 milyon avro tələb edir.

27 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Robinson bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 10 məhsuldar ötürmə ilə yadda qalıb.