“Fulhem” Niderland klubundan futbolçu alır

PSV-nin futbolçusu Rikardo Pepi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az “Mail Sport”a istinadən xəbər verir ki, “Fulhem” 22 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir.

ABŞ millisinin üzvünün transfer qiyməti 25 milyon avrodur.

Qeyd edək ki, R.Pepi bu mövsüm meydana çıxdığı 21 matçda rəqib qapılarından 10 top keçirib.