"Fulhem" oyunçusuna yeni müqavilə təklif edəcək

"Fulhem" sağ cinah vingeri Harri Vilsona yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

London klubu uelsli oyunçu satmaq niyyətində deyil.

Qeyd edək ki, sözügedən futbolçunun dəyəri 20 milyon avrodur.