"Fulhem"də ayrılıq gözlənilir

"Fulhem"in futbolçusu Samuel Amissah yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Arsenal", "Mançester Yunayted" və "Çelsi" sözügedən oyunçu ilə yaxından maraqlanır.

Bu haqda "Telegraph" nəşri məlumat yayıb.

Qeyd edək ki, S.Amissah cari mövsüm 19 rəsmi matçda iştirak edib.