"Fulhem"dən "Vest Hem"ə doğru
"Fulhem"in ispaniyalı hücumçusu Adama Traore yanvar ayında "Vest Hem Yunayted"ə icarə əsasında keçəcək.
Sportline.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "çəkiçdöyənlər"in baş məşqçisi Nuno Esperito Santo 29 yaşlı oyunçunun transferini rəhbərliktən tələb edib.
A.Traorenin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 8 milyon avrodur.
Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm çıxış etdiyi 16 matçda 1 asistlə yadda qalıb.