“Middilsbro”nun gənc futbolçusu nəhənglərin radarına düşüb

"Middilsbro"nun ingiltərəli futbolçusu Hayden Hakney yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" və "Mançester Yunayted" Hakneyi transfer etmək üçün yarışa girin.

23 yaşlı oyunçunun dəyəri 12 milyon avrodur.

Qeyd edək ki, Hakneyin "Middilsbro" ilə sözləşməsi 2027-ci ilin yayına qədərdir.