Futbol ulduzu peşəkar tennisə başladı

Uruqvay millisinin sabiq hücumçusu Diyeqo Forlan peşəkar tennisdə debütə hazırlaşır.

Sportline.az xəbər verir ki, ulduz futbolçu Montevideoda keçiriləcək "çellencer" seriyalı turnirdə iştirak edəcək.

Bu yarış noyabrın 11-dən 17-dək təşkil olunacaq.

"Mançester Yunayted", "İnter" və "Atletiko"dakı çıxışı ilə tanınan forvard 45 yaşında digər idman növündə özünü sınamaq qərarına gəlib.

Qeyd edək ki, Forlan futbolçu karyerasını 2019-cu ildə bitirmişdi.