Polis futbolçuları döydü

Çinin 2-ci liqasında yaşanan hadisə maraqla qarşılanıb.

SportLine.az SİNXUA agentliyinə istinadən xəbər verir ki, "Jejianq Yiten" və "Yunnan Lijianq" kollektivlərinin görüşündə fasilə vaxtı stadionda təhlükəsizliyi təmin edən polislər birincilərin soyunub-geyinmə otağına daxil olublar. Oyundan sonra futbolçular polis tərəfindən döyüldüklərini deyiblər. 

Təhlükəsizlik xidmətinin əməkdaşları, "Jejianq Yiten" futbolçuları hakimlərə hücum etmək istəyirdilər. Buna mane olmağa çalışdıq", - deyə bildiriblər.

Məsələ ilə bağlı açıqlama verən dövlət orqanları futbolçuların iddialarının əsassız olduqlarını dilə gətirib.

Qeyd edək ki, "Jejianq Yiten" komandasının futbolçularının fasilədən sonra meydana gec çıxması səbəbindən ikinci hissə 50 dəqiqə gecikib. Oyun isə 1:1 hesablı bərabərliklə yekunlaşıb.