Futzal çempionatı başlanır

AFFA-nın Futbol akademiyasının iclas zalında futzal üzrə ölkə çempionatının 2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə UEFA tərəfindən futzal məşqçiləri üçün hazırlanmış metodik vəsait iştirakçı klubların baş məşqçilərinə və nümayəndələrinə təqdim edilib. 

Daha sonra qarşıdakı mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verilib.

Püşkün nəticəsinə əsasən, Yüksək Liqanın birinci turunun təqvimi aşağıdakı kimi olacaq:

30 sentyabr

Saat 15:00 "Neftçi” İK – "Yasamal”

Saat 16:30 EKOL – "Araz”

Saat 18:00 FK.İD.Futsal – "Marafon Futsal”

Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçiriləcək Yüksək Liqa 4 dövrədən ibarət olacaq. "Xəmsə” komandası birinci turda istirahət edəcək. İlk turun oyunları ABU Arenada keçiriləcək.